top of page

Təmir işləri

2019

int_dizayn_1.jpg
97abe4390f8224670b1e82cef5ae0b05.jpg
154711464973034267_1000x669.jpg
27184.jpg
20361.jpeg
metro_240119_03.jpg
int_dizayn_2.jpg

Mənzilin təmiri - müxtəlif mərhələlərdən ibarət çox mürəkkəb və xeyli gözlənilməz nüansı özündə gizləyən bir prosesdir. Əlavə problem olmadan, mənzildə keyfiyyətli təmir etmək üçün, ən optimal variant istədiyiniz kimi, yaxşı, gözəl, artıq səbr və vəsait sərf etmədən bütün işləri görəcək bir şirkətə müraciət etməkdir. "Designer.az" şirkəti mənzillərin təmiri sektorunda müntəzəm peşəkarlardan ibarət komandası ilə özünü əla tanıtmışdır. Yalnız uzun illər işlədikdən sonra, peşəkar sənətkarları ayırmaq olar. Bizdə bunu etmişik. Bizim üçün əsas iş prinsipi keyfiyyət və etibarlılıqdır.
Biz müştəriləri varlı və ya kasıblara bölmürük. Bütün smetanı yalnız sizin arzularınız və faktiki məlumatlara əsaslanaraq hesablayırıq.

İstənilən müştərimiz öz büdcəsi daxilində maksimum keyfiyyət alır. "Müştəri razı olmalıdır" qaydalasına ciddi əməl edərək, biz hər bir sifarişə diqqətlə yanaşırıq, hər dəfə mütləq işin yüksək səviyyədə icrasını təmin edirik.

Biz fəxr edirik ki, bütün müştərilərimiz bizdən razı qalırlar, öz tanışlarına da bizim servisi tövsiyyə edirlər. Onlarda gələcəkdə bizim müştərilərimizdən olurlar.

Bizimlə işləməyin müsbət cəhətləri:

  1. İşə başlamazdan əvvəl bütün prosesi ətraflı yazırıq

  2. Gördüyümüz işlərlə tanışlıq

  3. Dizayn üzrə məsləhətləşmə, qeyri standart məsələlərin həlli üçün yardım

  4. Layihələrin hazırlanması, razılaşdırılması

  5. Bizim köməyimizlə təmir zamanı işlədilən tikinti materiallarının bütün çeşidinə endirimlər əldə etmək imkanınız olacaq (dayaq, quru qarışığlar, alçipan, profil, santexnik, elektrik, qapı, pəncərə, döşəmə, plitka) - nəticədə isə hiss ediləcək qənaət alınır.

  6. Bütün işlər haqqında, yerinə yetirildikcə ətraflı foto hesabat verilir. Siz aparılan işlərə uzaqdan nəzarət edə biləcəksiniz, ona görədə mübahisəli məsələlər gələcəkdə olmayacaq.

  7. Dəqiq iş qrafiki (həm ümumi, həm gündəlik). Bizim tərəfdən əməkdaşlığın rahat olunması üçün hər bir şeyi təşkil edirik.

Arsenal

  • Biz bütün ixtisaslar üzrə yaxşı və yüksək səviyyəli ustalarla komplektləşdirilmişik.

  • Bizim arsenalımızda təmir işləri üçün bütün peşəkar avadanlıq var.

  • Görülən işlərə daimi nəzarət. Bu da yarana bilən nöqsanları hələ yaranmamışdan aşkar edib aradan qaldırmaq imkanı verir.

Təmir işlərinin həyata keçirilməsi

Söküntü işləri

Demək olar ki, istənilən təmir işləri söküntü ilə başlayır: Köhnə divar kağızları, lak və boya örtüyü, döşəmələr, laminatın, lazım olmayan arakəsmələr, döşəmə üçün plitələr. Söküntü işlərinin əsas məqsədi - təmir üçün əsas (divarlar, tavan, döşəmə) hazırlamaqdır. Ən əsası, əvvəllər istifadə olunan bütün tikinti materialları yığışdırılıb, təmir olunacaq yer quru olmalıdır. Bu işlərin yerinə yetirilməməsi bəzən təmirin keyfiyyətinə mənfi təsir göstərir. Həmçinin uzunmüddətliyin azalmasına gətirib çıxarır.

Arakəsmələr tikilməsi

Mənzilin arakəsmələr kərpicdən tikilir. Arakəsmə isə yalnız döşəmə və yan divarlara bərkidilir, tavanın və divarın arasındakı məsafə 3 sm qalır - bu ona görə lazımdır ki, ev oturduqca tavan divarı sıxmasın. Bu tələb yeni tikilən binalarda xüsusilə vacibdir, çünki evin oturumu 2-3 il ərzində təmiri böyük dərəcədə korlaya bilər.

Suvaq işləri

Təmirin növbəti mərhələsi suvaq işləridir. Suvaq işləri mənzillərdə əsasən gips malalarla yerinə yetirilir.

İstilik sistemin quraşdırılması

İsidici avadanlıq və kommunikasiya, suvaq işləri başa çatdıqdan sonra çəkilir.

Su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması. Su təchizatı sistemlərinin quraşdırılması elektrik işləri ilə paralel aparılır. Bu mərhələdə bütün santexnik cihazlarının sanitariya qovşaqlarında və mətbəxdəki yerlərini dəqiq müəyyənləşdirmək lazımdır. Daha sonra bütün saxsı (keramika) elementləri seçilir və onların dəqiq quraşdırılma sxemi verilir. Qazma işləri, boruların quraşdırılması, kanalizasiya, su təchizatı, santexnika şkafın quraşdırılması həyata keçirilir. Quraşdırma zamanı kommunikasiya çıxışları divarla eyni səviyyədə və quraşdırma sxemləri ilə tam uyğun olmalıdır.

Elektrik-quraşdırma işləri

Suvaq işləri yerinə yetirildikdən sonra elektrik işləri mərhələsi başlayır. Elektirk-quraşdırma işlərinin yerinə yetirilməsi üçün rozetkaların, elektrik açarıların, yerləşdirilməsi planı tərtib olunmalıdır. Daha sonra bu məlumata görə naqillərə düşən gücün hesablama layihəsi tərtib olunur və naqillərin çəkilməsi üçün kompleks işlər görülür.

Alçipan işləri

Palçıq işlərindən sonra yaranan rütubətliyə görə, alçipan işləri bir iki həftəlik fasilədən sonra başlayır. Yüksək rütubətə dözə bilsin deyə biz işlərimizdə yalnız suyadavamlı alçipandan istifadə edirik. Konstruksiyaların yığılması zamanı, tikiş və quraşdırma qaydalarına tam riayət edilir. Düzgün yığılmayan karkasda əmələ gələn çatlara heç bir tor və ya lent kömək etmir. Məhz ona görə bütün konstruksiya iki qatla tikilir.

Biz alçipandan mürəkkəbliyindən asıllı olmayaraq hər bir forma yığırıq. Həmçinin yığdığımız formaların üzərində rəngsazın keyfiyyətli işləməsi üçün heç bir çətinlik olmur.

Döşəmə və divar plitələri

Vanna otağın təmiri bəlkə də ən çətin mərhələlərdəndir. Plitələri döşənməsi prosesi kifayət qədər uzun və zəhmətlidir. Yaxşı nəticə üçün ustanın təmiz və diqqətli olması tələb olunur. Döşəmə plitəsinin yekun keyfiyyətinə plitənin öz keyfiyyəti güclü təsir göstərir. Təəssüf ki, bunu yalnız plitə obyektə daxil olduqda müəyyənləşdirmək mümkündür. Çünki, plitə partiyadan partiyaya çox dəyişilə bilir və dükanda sizə məhz hansı plitə gələcəyini təyin etmək olmur. Təəssüf ki, plitə nə qədər gözəl olsa o qədər düzülüşü çətindir. Düzülüşü nə qədər çətin olsa, dekorun kantın çoxluğu, o qədər nəticənin keyfiyyətinə zərərdir. Plitənin ölçülərinə fikir verin: məsələn 20sm x 20sm plitənin düzülüşü ilə 20sm x 40sm plitənin düzülüşündən daha düzdür. Yəni plitə nə qədər uzun olsa o qədər onun keyfiyyəti azalır. İş prosesində biz bu məsələ ilə bağlı daha ətraflı tövsiyələr veririk.

Rəngsaz işləri

Təmirin əsas mərhələlərindən də biri rəngsaz işləridir. Bu mərhələyə müxtəlif işlərin kompleksi daxildir: rəngsaz güşələrin qurulması, divar və tavana astar çəkilməsi, tikişlərin tutulması və lentlərin yapışdırılması, divarların boyaya hazırlıq üçün cilalanması, divar və tavanların rənglənməsi, divar kağızların vurulması.

Yer örtüklərin döşənməsi

Taxta işinə başlmazdan əvvəl (döşəmə, qapılar, pilləkənlar) plitka və rəngsaz işlərini bitirmək, həmçinin otaqda olan nəmişliyi qurutmaq tövsiyə olunur. Laminat və parket taxtasını tam hazır mənzilə sərmək lazımdır. Səsboğucu və tarazlayan lay kimi, yumşaq olan köpüklü polietilen ya da probkadan istifadə olunur. Qapı və qapı portalların, pilləkənin quraşdırılması ən son mərhələdə hətta bəzən mebelin quraşdırılması ilə birlikdə olur.

Santexnik cihazların quraşdırılması və elektrik avadanlığın qoşulması

Santexnik və elektrik cihazları yalnız plitka işləri bitdikdən, divar və tavanların tam hazır olmasından, hətta mənzili silib-süpürdükdən sonra quraşdırılır.

Tamamlama işləri

Tamamlama işləri deyildikdə, tavanların və divarların peşəkarlıq və yüksək ixtisas tələb edən bitiriş mərhələsi başa düşülməlidir.

  • Tavan və divarların yuyulması

  • Tavan və divarların rənglənməsi

  • Dekorativ suvaq vurulması

  • Divar kağızların vurulması

Rəngləmə, 2-4 qat olunur. Onların hər bir qatı tam qurumalıdır. Rəngsaz işləri çoxlu suyun buxarlanması ilə bağlıdır. Amma divar kağızlarının və boyaların tam qurumasına qədər otaqların havasını dəyişmək olmaz.

Mürəkkəb dekorativ örtüyləri xüsusi əməktutumlu (zəhmətli) tamamlama işləri qrupuna daxil etmək olar. Məsələn: incəqatlı venesiya suvağı, teksturalı boyalar, digər faktura və teksturalı örtüklər.

Tamamlama işlərinə həmçinin, döşəmə haşiyələrinin (plintus), karnizlərin, oyma işlərin, dekorativ panellərin quraşdırılması da aid edilir.

bottom of page