
Опишите ваш проект здесь.

Опишите ваш проект здесь.

Опишите ваш проект здесь.

Опишите ваш проект здесь.
İnteryer Dizayn
2019
Bizim üçün dizayn - hər bir yaşayış sahəsi üçün təbii rahatlıq yaratmaq incəsənətidir. Həqiqi dizayn ev sahibinin daxili dünyasını açmağa yardım edir. Dizayn, evin hər bir qarışını məna ilə əhatə edir. Gözəllik və funksionallıq həqiqi dizaynın ayrılmaz tərkib hissələrindəndir.
Dizayn-layihənin yaradılması mərhələləri
Evin, mənzilin keyfiyyətli təmiri, dizayn-layihə işlənməsi ilə başlayır. Savadlı dizayn-proekt - kifayət qədər həcmli və zəhmət tələb edən prosesdir.Siz gələcək mənzilin vəziyyətini əvvəlcədən görə bilərsiniz, əyani şəkildə təsəvvür edib bu və ya digər detallar interyerinizdə necə görünə biləcəyini, interyerin bütün elementlərini, döşəmə, tavan, işıq mənbələri daxil olmaqla ümumi kompozisiyada rolunu, daxili aləminiz ilə ən uyğun obraz yaratmaq haqqında fikirləşə bilərsiniz.
Biz dizayn-proekt üç mərhələyə bölmüşük
1. Planlaşdırma mərhələsi
Biz sahəni maksimum səmərəli istifadə etməyə çalışırıq. Bütün qəbul edilmiş standartlar və müştərinin ehtiyacları nəzərə alınır. Planının təsdiqindən sonra işçi çertyojları, divarların yerləşməsi, sanitariya texnikası və elektrik işləri (spot, divar şamdanı və gizli işıq, eskiz mərhələsində ola bilən dəyişikliklərə görə nəzərə alınmır) verilir.
İnteryerin layihələndirilməsinə daxildir:
-
İnteryerin ölçülərinin aparılması və fotoşəkillərin çəkilməsi
-
Obyektin xüsusiyyətlərinin təhlili
-
Planın elektron şəkilə çevirilməsi
-
Texniki tapşırığın formalaşdırılması
-
2-3 variant mebelin yerləşməsi ilə planın tərtibi
-
Sanitariya qovşağının aksesuarların, elektrik cihazların yerləşməsi və qapıların açılış istiqaməti
-
Gələcək dizaynın eskizlərinin yaradılması
Modelləşdirilmə və vizualizasiya mərhələsi
Planın həlli təsdiq ediləndən sonra sifarişçi eskizlərə əsaslanaraq özünə daha uyğun interyer dizayn variantını seçir. Sonra sifarişçinin təsəvvürü ilə tam uyğunlaşana kimi, eskiz, bütün xırda detallarına qədər işlənilir. Sonra obyektin bütün zonalarını hazır eskizlərlə sifarişçi ilə müzakirə edərkən, modelləşdirmə və vizualizasiyasına başlayırıq.
Bu mərhələyə daxildir:
-
Otağın həcmli modelləşdirilməsi;
-
Təsdiq edilmiş interyer dizaynının ətraflı tədqiqi;
-
Vizualizasiya
3. Texnoloji mərhələ
Bu mərhələnin gedişində dizayn layihənin həyata keçirilməsi üçün lazım olan işçi sənədləri hazırlanır.
Texnoloji mərhələyə daxildir:
-
Döşəmə planı;
-
Tavan planı;
-
Elektrik işlərinin planı (rozetkaları, elektrik naqillərin yerləşdirilməsi);
-
İşıqlandırma cihazlarının yerləşmə planı;
-
Su təchizatı və kanalizasiya planı;
-
Kondisioner və ventilyasiyanın prinsipial sxemi;
-
Konstruktiv elementlərin çertyojları;





.jpg)


