top of page
Поиск
  • Фото автораelchinesgerov

Mərmər

Tarixdəki məbədlərdə və saraylarda istifadəsi səbəbindən iqamətgahlarda lüks rəmzinə çevrilmişdir.

Mərmər nədir? Hansı xüsusiyyətlərə mailkdir?

Mərmər - əhəndaşları və dolomit əhəngdaşlarının kristallaşması nəticəsində yaranır. Mərmərin rəngi əsasən, boz və ağ olur. Digər maddələrin qarışımı və tikinti sektorunda istifadə olunmağa başlaması ilə mərmər rəngləri artıq sarı, çəhrayı, qırmızı və mavi də ola bilir.

5 iyun 2004-cü ildə qüvvəyə minən Mədən Qanununa görə, mərmərlər, ll qrup mədənlər, Dekorativ daşlar, Travertin, Əhəng daşı, Dolomit, Kalsit, Qranit, Siyenit, Andezit, Bazalt və bu kimi daşlar içərisində yer almışdır.

Mərmərin tarixinə nəzər saldıqda ən qədim binalarda belə mərmərlə rastlaşmaq mümkündür. Qədim məbədlərdə, heykəllərdə, saraylarda, Misir fironunun məzarlarında, piramidalarda, şəhər divarlarında, qalalarda, stadionlarda və açıq hava teatrlarında istifadə olunan mərmər, mineral dənəciklərinə görə, mineral tərkibi və nisbətlərinə görə, quruluşu və toxumalarına görə təsnif edilir.

Türkiyədə mərmərin tarixi

Türkiyədə ilk mərmər yataqları Bizanslılar və Romalılar tərəfindən istifadə olunub və Afyon-İsçehisar - Bacakale, İzmir - Efes, Kütahya - Altuntaş - Çalça, Bileceik - Gülümbe - Lümbe, Bursa - İznik, İzmit - Gebze, Ankara - Koçhisar, Yozgat - Akdağı, Niğde - Gümüşler bölgələri başda olmaqla, bütün bölgələrdə mövcuddur. Son olaraq, Türkiyədə 120-dən çox müxtəlif rəng və naxışlarda mərmər istehsalı həyata keçirilir. 500-dən çox mərmər ocaqları, 900-dən çox zavod və təxminən 5 min  mərmər atelyeləri Türkiyədə fəaliyyətlərini davam etdirir.

Dünyada mərmər istehsalı

Dünyadakı mərmər istehsalına nəzər yetirsək, birinci yerdə Çin 11 milyon, ikinci yerdə 9 milyon ilə İtaliya, üçüncü yerdə isə 5 milyon ilə İspaniya gəlir. Digər ölkələrin mərmər istehsal miqdarı aşağıdakı kimidir: 5 milyon istehsal ilə Hindistan, 2 milyon istehsal ilə Braziliya, Koreya və Türkiyə.

Tikinti sektorunda mərmərin yeri

Ev alıcılarının ev alarkən nəzərə aldığı xüsusiyyətlərdən biri də mərmərdən istifadə dərəcəsidir. Mərmər daha çox inşaat sənayesində, bəzək, memarlıq, binaların, abidələrin və bəzək əşyalarının daxili və xarici örtüklərində istifadə olunur.

Mərmər aşağıdakı sahələrdə istifadə olunur:

- Mətbəx dəzhagları - Hamam dəzgahları - Pilləkənlər - Döşəmə - Divar örtüyü - Daxili və xarici örtüklər - Ev dekorasiyası

Mənzil sektorunda mərmər istifadəsi keçmişə əsaslanır. Anadoluda Xetlər dövründən istifadə olunmağa başlayan mərmərdən saraylar və məbədlər hazırlanmışdır. Osmanlı dövründə isə məscid, saray, malikanə, xanlıq və hamamlarda istifadə olunurdu. Cümhuriyyət zamanı isə mərmər daha çox Ziraat Bankı filiallarında və dəmiryolları ilə məktəb inşaatlarında istifadə olunmuşdur. 1940-cı illərdə Afyon və Dənizli mərmər ocaqlarından çıxarılan mərmərlər Anıtkabirin tikintisində istifadə olunur.

Mərmər hansı binaların tikintisində istifadə olunub?

Tarixdən bu günə qədər mərmər istifadə edilən binalar aşağıdakılardır:

1. Artemis Efes Məbədi: Eramızdan əvvəl IV əsrdə mərmərdən inşa edilmişdir. Dünyanın 7 möcüzəsindən biridir. 2. Ayasofya: Mərmər daxili divarlarda və sütunlarda istifadə olunub. 3. Bazilika bacası: 336 sütun mərmərdən hazırlanmışdır. 4. Süleymaniyə, Səlimiyə və Göy Məscid 5. II.Beyazıd Kompleksi 6. Mərmər çeşmə, hovuz, dəmir qapı, divar örtüyü və pilləkən kimi quruluşlarda istifadə edilmişdir. 7. Cağaloğlu Hamamı 8. Mərmər III Əhməd, Azapkapı, Göksu, Emirgan və Toph


376 просмотров0 комментариев

Недавние посты

Смотреть все
bottom of page